Etibar Hüseynov Azərbaycanda polis əməkdaşlarının son vaxtlar təzyiqə məruz qaldığını bildirərək onların səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb. Bundan sonra isə spiker O. Əsədov deputatın təklifinə replikasında deyib:
"Etibar Hüseynov, sən elə danışdın ki, məni ağlamaq tutdu. Bizim polisə nə olub ki? Polisimiz necə lazımdır, yüksək səviyyədə işləyir və vəziyyətləri də yaxşıdır".
Etibar Hüseynov bu gün çıxışının videosunu yayıb. Maraqlı olduğunu nəzərə alaraq, videonu təqdim edirik.