Sərnişin təyyarəsi qəzaya düşdü - 9 ölü (VİDEO)

4 Fevral 2015 08:32 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Bangkok Post" nəşri yayıb.

Məlumatda deyilir ki, hadisə ölkənin Kilunq çayı ərazisində baş verib.

"TransAsia Airways" avia şirkətinə məxsus olan "ATR-72" sərnişin təyyarəsi eniş edərkən qəzaya düşüb. Nəticədə 9 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.


Reuters agentliyi Tayvan televiziyasına istinadən xəbər verir ki, suya düşən təyyarə bir neçə hissəyə bölünüb. Sərnişinlərin bir çoxu üzərək sahilə çıxmağı bacarıb. Xilas edilənlər şəhər xəstəxanasına aparılıb.

Təyyarədə olan 53 sərnişinin içərisində 2 uşağın da olduğu deyilir. 5 ekipaj üzvünün taleyi barədə isə dəqiq məlumat verilmir.

Sərnişinlərdən 30 nəfər Çinin Syamen şəhərinin sakinləri olub.

Taybeydən Çzinmenə uçan təyyarənin içərisində ekipaj da daxil olmaqla 58 nəfərin olduğu deyilir.


Qeyd edək ki, ötən ilin iyulunda bu şirkətin daha bir təyyarəsi qəzaya uğramışdı. Həmin olay zamanı 47 nəfər dünyasını dəyişmişdi.