ATV və ANS-ə daha bir xəbərdarlıq

3 Oktyabr 2012 12:53 (UTC+04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli telekanalların sponsorlarını tənqid edib.

Nuşirəvan Məhərrəmli bildirib ki, bu gün Azərbaycanın efir məkanında sponsorlar eybəcər formada təqdim edilirlər: "Bəzən canlı verilişdə sponsorların təqdimatı reklamlardan çox vaxt aparır. Qaydalara görə, sponsorlar verişinin əvvəlində və sonunda təqdim edilməlidirlər.

Ancaq Azərbaycanda verilişlərdə sponsorlar reklamlardan daha çox vaxt aparırlar". MTRŞ bununla bağlı xüsusilə ATV və ANS telekanallarına xəbərdarlıq edib".

Elnarə
AzNews.az