Bu gün Facebook-un yaranma günüdür
4 Fevral 2015 09:57 (UTC+04:00)
Prezident Heydər Əliyev "Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında" sərəncam imzalayıb, Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Yalta konfransı işə başlayıb, Yuliya Timoşenko Ukraynanın baş naziri seçilib, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıda anadan olub.
1719 — I Pyotr Rusiyada ilk dəfə olaraq əhalinin siyahıya alınmasına fərman verib.
1921 – Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıda anadan olub. 1930-cu ildə ailəsi ilə İrana köçüb. Tehran Universitetini bitirdikdən sonra 1944-cü ildə ABŞ-a gedib, təhsilini Massaçusets Texnologiya Universitetində davam etdirib, Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə professor elmi dərəcəsi alıb. 1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb. Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın ən aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində (NACA) istifadə olunur.
1930 – Görkəmli xanəndə, muğam ustası Əlibaba Məmmədov anadan olub. Əlibaba Məmmədov öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inlişafına dəyərli töhfələr verib.
1945 — Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Yalta konfransı işə başlayıb.
1945 – Tanınmış müğənni və bəstəkar, xalq artisti Polad Bülbüloğlu anadan olub.
1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildə Azərbaycanın Rusiyada səfiri təyin edilib.
1954 – Azərbaycanda ən iri su elektrik stansiyası – Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib. Mingəçevir SES inşası 1945-ci ildə başlayıb. Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiya şə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.
1972 — İngiltərə və daha 9 dövlət Banqladeşin (Şərqi Pakistan) müstəqilliyini tanıyıb.
1974 – Görkəmli riyaziyyatçı alim, akademik, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Zahid Xəlilov (1911-1974) Bakıda vəfat edib. Zahid Xəlilov 1911-ci il yanvarın 17-də Qərbi Azərbaycan torpağı olan Borçalıda, Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Gürcüstanın Bolnisi rayonu) Saraclı kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olub.
1994 – Prezident Heydər Əliyev "Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş – "Əsrin müqaviləsi" bağlanıb.
1998 — Əfqanıstanın şimal-şərqində baş verən zəlzələ 5 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
2003 — Serbiya və Monteneqro respublikalarının konstitusiyaları qəbul edilib.
2004 — Facebook sosial şəbəkəsi yaranıb.
2005 — Yuliya Timoşenko Ukraynanın baş naziri seçilib.