“Heyf ki, yanında ola bilməyəcəm” - Polad Bülbüloğlunun anası
4 Fevral 2015 11:20 (UTC+04:00)
Bunu AzNews.az-a Azərbaycanın Rusiyadakı səfiri, incəsənət xadimi Polad Bülbüloğlunun anası Adelaida Məmmədova deyib.
"Oğlumun dövlət və ölkə prezidenti tərəfindən sayılması, ona hörmət qoyulması bir ana kimi məni sevindirir. Ona bu ordeni verənlərə minnətdaram", - deyə Adelaida xanım əlavə edib.
A.Məmmədova P.Bülbüloğlunun 70 illik yubileyinin keçirilməsinə də münasibət bildirib: "Bilirəm ki, Poladı hər yerdə sevirlər. Bu tədbiri Azərbaycanda və ondan kənarda keçirənlərə minnətdaram. Heyf ki, mən bu gün Poladın şad günündə onun yanında ola bilməyəcəyəm, çünki xəstəyəm, evdən çıxa bilmirəm".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Səfirin yubileyi bu gün Heydər Əliyev sarayında təntənəli şəkildə qeyd ediləcək.
Bahar RÜSTƏMLİ
AzNews.az