Sərdar Cəlaloğlu: “MSK məsuliyyətə cəlb olunmalıdır”

3 Oktyabr 2012 13:05 (UTC+04:00)
"Məsələni Gülər Əhmədova ilə məhdudlaşdırmaq tamam yanlışdır. Mərkəzi Seçki Komissiyası, Binəqədi İcra Hakimiyyəti məsuliyyətə cəlb olunmalıdır". Bunu AzNews.az-a ADP sədri Sərdar Cəlaloğlu bildirdi.

S.Cəlaloğlu deyir ki, Avropa Məhkəməsinin 2005-ci il parlament seçkiləri ilə bağlı verdiyi qərarlar Gülər Əhmədova məsələsi ilə birləşdirilməlidir: "Eyni zamanda, Avropa Məhkəməsinin 2005-ci il Parlament seçkiləri ilə bağlı bir çox qərarları var.

Həmin qərarlara da dərhal Ali Məhkəmə tərəfindən baxılıb icraya yönəldilməli və Gülər Əhmədova məsələsi ilə birləşdirilməlidir. Məsələni Gülər Əhmədova ilə məhdudlaşdırmaq, əslinə baxsaq, bu cinayəti tamamilə gizlətməyə xidmət edir".

Bahar Rüstəmli
AzNews.az