Azərbaycanlı ailə Ermənistandan qovuldu

5 Fevral 2015 12:54 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.

Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bu faktı təsdiq edərək bildirib ki, onlar ötən il dekabrın əvvəlində Ermənistandan gediblər.

Ancaq Orucovlar ailəsinin hansı ölkəyə getdikləri haqda xəbər verilmir.

Qeyd edək ki, 2014-cü ilin 29 yanvarında 1976-cı il təvəllüdlü Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə birgə Gürcüstan sərhədinə gələrək Ermənistandan "sığınacaq" istəyib.