Ermənistan çalxalanır - İrəvanda güclü mitinq olacaq

5 Fevral 2015 13:14 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu sözləri "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Çarukyan deyib.

Hakimiyyətdə təmsil olunmayan siyasi partiyaların və ictimai təşkilatların birgə keçirdiyi iclasda çıxış edən partiya lideri vurğulayıb ki, ölkədə siyasi inhisarçılıq aradan qaldırılmalıdır:
"Ermənistanda hakimiyyət yenilənməli, vəzifəyə yeni şəxslər gəlməlidir. Mən istər Ermənistanda, istərsə də ölkənin hüdudlarında yaşayan erməniləri bu ideyanın gerçəkləşməsi naminə birləşməyə dəvət edirəm. Top hakimiyyətin əlindədir, ancaq bu ömrü boyu belə qala bilməz. Hakimiyyətin özü indidən qərar verməlidir".

Qaqik Çarukyan qeyd edib ki, onun Ermənistanda düşməni yoxdur: "Siyasi müstəvidə mənim üçün pis və ya yaxşı insan anlayışı yoxdur. Ancaq bu sözləri hakim partiyaya aid etmirəm. Onlar hakimiyyətdə ola-ola özlərini oyundan kənarda hiss edirlər. Digər siyasi partiyaların hakimiyyətə gəlməsinə şərait yaradılmalıdır".