Məşhur rəssamın əsərləri satış rekordu vurdu - 83,8 milyon dollar
5 Fevral 2015 13:52 (UTC+04:00)
Satılan əsərlərin ümumi məbləği 55,7 milyon funt (83,8 milyon dollar) olub. Trend bu barədə BBC-yə istinadən xəbər verir.
"Venesiyada Qrand kanalı" əsəri hərracın ən bahalı lotu olub və 23,7 milyon funta (35,6 milyon dollara) alınıb. "Jivernada qovaqlar" şəkli 10,7 milyon funta (16,2 milyon dollara), "Sahil" 10,2 milyon funta, "Salis bağlarından Antibə mənzərə" 8,7 milyon funta, "Pionlarla güldan" 8,7 milyon funta satılıb.
Həmin gün satışlardan əldə olunan ümumi gəlir 186,4 milyon funt (280,2 milyon dollar) təşkil edib ki, bu da bir gün ərzindəki satış üçün rekorddur.

