Maral Tahirqızının müəllimi danışdı: “Çətin şəraitdə yaşayırdı”
5 Fevral 2015 14:31 (UTC+04:00)
Q.Abbasov AzNews.az-a açıqlamasında deyib ki, bu xəbərdən sarsılıb: "Sənət adamlarının bu hərəkətinə münasibətim pisdir, çünki bir nəfərin adı belə cinayətlərdə hallananda digərlərinə də mənfi təsir edir. Maral 15 il bundan öncə məndən muğam dərsi alıb. Onu mənim yanıma bir xanəndə göndərmişdi. Baxdım ki, yekə bir arvaddır. 6 ay mən ona muğam dərsi keçdim. Bir muğam studiyası var idi, onunla orada məşğul olurdum, çətin öyrənirdi, amma səs diapozunu qəşəng idi. Sənətə böyük həvəsi vardı, öyrənmək istəyirdi. Özü də çətin şəraitdə yaşayırdı. İstəyirdi ki, müğənnilik edib ailəsini dolandırsın".
Muğam ifaçısı əlavə edib ki, kimliyindən asılı olaraq cinayət edən hər bir kəs cəzalanmalıdır:
"Gərək, əməlin düz olsun ki, səni həbs etməsinlər. Biz dövlətin qanunlarından kənara çıxa bilmərik. Hər kəs nəfsinə hakim olmalıdır. Mən də cinayət etsəm, qoy dövlət məni bağışlamasın. Kimliyindən asılı olmayaraq hər kəs etdiyi cinayətin cinayət cəzasını çəkməlidir".
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə maddəsi ilə ittiham edilir.
Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində bununla bağlı cinayət işi açılıb və müğənni barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bahar RÜSTƏMLİ
AzNews.az