Lamiyənin işi Apelyasiya Məhkəməsinə göndərildi - ŞOK
5 Fevral 2015 14:37 (UTC+04:00)
AzNews.az azadliq.info-ya istinadən xəbər verir ki, bu gün 4 saylı cəzaçəkmə müəssisəsində Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi vəsatətə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. Müddətin bərpa olunması ilə bağlı vəsatət təmin edilib, protestə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.
Prosesdə Lamiya Quliyevanın müdafiəçisi Fəxrəddin Mehdiyev, həmçinin Lamiyə Quliyeva özü iştirak edib.
İşə yaxın zamanlarda Apelyasiya Məhkəməsində baxılacaq.