“Ermənistan Rusiyanın hörmətini itirib” – Erməni deputat
5 Fevral 2015 14:41 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu sözləri "Çiçəklənən Ermənistan" partiyasının deputatı, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib.
Onun sözlərinə görə, İranla bağlı olan layihələr də yalnız kağız üzərində qalıb: "Hakim partiya ölkənin idarəçiliyini tamamilə özbaşına buraxıb. Bütün bunlardan çıxış yolu kimi Ermənistanda hakimiyyət dəyişilməlidir".
Sabiq nazir xalqın səbrinin artıq tükəndiyini vurğulayıb: "Ermənistan 2015-ci ilə özünün həll edilməyən problemlərilə daxil oldu. Ötən il isə ölkədə fəaliyyət göstərən siyasi partiyalar birləşərək bu hakimiyyəti devirmək qərarına gəldilər, çünki bu 7 ildə onlar heç nəyə nail ola bilməyiblər. Onların yeganə istəyi ölkədə hansısa müsbət dəyişikliklər etmək deyil, öz partiyalarının monopoliyasına çalışmaqdır".