Putin ehtiyatda olan hərbçiləri orduya çağırdı
5 Fevral 2015 15:28 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.
"Rusiya Federasiyasının ehtiyatda olan hərbçiləri Silahlı Qüvvələrin, Daxili İşlər Nazirliyinin qoşun hissələrinin, Dövlət Mühafizə Xidmətinin və Federal Təhlükəsizlik Xidmətinin tərkibində 2 ayadək hərbi toplanışa çağırılsın", - deyə sənəddə yazılıb.
İmzalanan sənədin bu gündən qüvvəyə mindiyi deyilir.