Suriya həlak olanları “şəhid” adlandırdı

4 Oktyabr 2012 03:59 (UTC+04:00)
Suriya informasiya naziri Ümran Zubi bu ölkənin silahlı qüvvələrinin Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsində 5 Türk vətəndaşının ölümü ilə nəticələnən artilleriya zərbəsi ilə bağlı araşdırma aparıldığını bildirib. APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, Ürman Zubu Ağçaqala həlak olanları "şəhid" adlandırıb və Türkiyə xalqına başsağlığını bildirib.

O deyib: "Gərək Türkiyə Suriya ilə sərhədini nəzarətdə saxlasın. Bu sərhəddən Suriyaya silah və terrorçular keçir və bu regionda gərginliyi daha da artırır. Biz qonşu dövlətlərin müstəqilliyinə hörmətlə yanaşırıq".

AzNews.az