Hakerlər İranı internetsiz qoydu

4 Oktyabr 2012 04:23 (UTC+04:00)
Hakerlərin İran ərazisində internet təminatını həyata keçirən şirkətlərə qarşı hücumu internet əlaqəsinin kəsilməsinə səbəb olub. "İLNA" xəbər agentliyinin məlumatına görə, haker hücumu kütləviliyi ilə fərqlənib və infrostruktur, eləcə də kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin serverini dağıdıb.

İnternet təhlükəsizliyi şurasının nümayəndəsi Mehdi Bahabadinin sözlərinə görə, İran mütəmadi olaraq belə haker hücumları ilə qarşılaşır və bunun nəticəsində internetlə bağlı ciddi problemlər yaranır.
Bu dəfəki haker hücumlarının kimlər tərəfindən həyata keçirildiyi isə açıqlanmayıb.

Alpər
AzNews.az