Türkiyə 2 saat sonra qərar verəcək

4 Oktyabr 2012 04:56 (UTC+04:00)


Bu gün Türkiyə vaxtı ilə səhər saat 06. 45 radələrindən (Bakı vaxtı ilə 08.45) başlayaraq Türkiyə-Suriya sərhəddində top səsləri yenidən eşidilməyə başlayıb.

Doğan Xəbər Agentliyinin məlumatına görə, Akçalake bölgəsində toplar Türkiyədən Suriyaya doğru istiqamətləndirilib.

Qeyd edək ki, 2 saat sonra Türkiyə Böyük Millət Məclisi Suriyada hərbi əməliyatların keçirilməsi ilə bağlı hökumətin göndərdiyi qərar layihəsini müzakirəyə çıxaracaq.

Elnarə Əlosmanqızı
AzNews.az