ABŞ-da atışma- 6 ölü

8 Fevral 2015 10:39 (UTC+04:00)


APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, insident Duqlasvill şəhərində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılardan biri atəş açan şəxsdir, o intihar məqsədi ilə özünə atəş açıb. Onun xəstəxanaya çatdırıldıqdan az sonra keçindiyi bildirili. O Polis şerifi Qlen Deniel açıqlamasında bildirib ki, atışma barədə xəbər polisə yerli vaxtla 23.00-da (Bakı vaxtı ilə 00.00) daxil olub. O ölənlərin arasında azı bir uşağın olduğunu təsdiqləyib. Bəzi KİV-lər ölənlər arasında 2 uşağın olduğunu bildirib.

Polis ölən şəxslərin adını hələlik açıqlamır. Hadisənin səbəbləri məlum deyil.