Cəbhədə döyüşlər davam edir

4 Oktyabr 2012 04:59 (UTC+04:00)


Müdafiə Nazirliyinin mətbuat xudmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə İcevan rayonunun Berkaber və Paravakar kəndlərində, Ağdam rayonunun işğal olunmuş Mərzili və Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az