Bakıda mənzillərin qiyməti düşəcək

8 Fevral 2015 17:28 (UTC+04:00)


Onun sözlərinə görə, Azərbaycanın daşınmaz əmlak bazarında son 3-4 ayda aktivliyin azalması müşahidə olunur, aktivliyin azalması qiymətin aşağı düşməsini qaçılmaz edir: "2015-ci ilin I yarısında aktivlik əvvəlki səviyyədə qalacaq, ikinci yarısında isə müəyyən canlanma ola bilər. Lakin güman edirəm ki, daşınmaz əmlak üzrə qiymətlər il ərzində 8-10 faiz düşəcək".

Ekspertin fikrincə, kommersiya daşınmaz əmlak bazarında da eyni vəziyyət müşahidə edilir: "Kommersiya daşınmaz əmlak sektorunu mənzil sektoru ilə müqayisə etsək, 2014-cü ildə mənzil sektorunda qiymət artımı il ərzində 16 faizdən bir az çox təşkil edib, halbuki kommersiya obyektləri təqribən 10 faiz bahalaşıb. 2015-ci ilin yanvarında mənzil sektorunda qiymətlər 0,3 faiz azalıb, bununla belə, kommersiya obyektlərinin qiyməti sabit səviyyədə qalıb".

N.İbrahimovun qənaətinə görə, 2015-ci ildə kommersiya obyektlərinin qiyməti təqribən 6 faiz düşəcək: "Bu, onunla əlaqədardır ki, 2013-2014-cü illər ərzində mənzil sektorunda qiymət artımı kommersiya obyektlərinə nisbətən daha çox olub. Məhz buna görə burada azalma tempi mənzil sektoruna nisbətən daha yavaşdır".