Erməni rusun qulağını dibindən qopartdı

8 Fevral 2015 22:50 (UTC+04:00)

Moskva şəhərində 25 yaşlı erməni bir rusun sağ qulağını dişləyərək dibindən qopardıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "İnterfaks" agentliyi yayıb.
Məlumatda deyilir ki, hadisə paytaxtın şimalında, Dmitrovsk şossesində yerləşən 36 saylı evdəki mənzillərin birində baş verib.
İvanovo vilayətində qeydiyyatda olan erməni tanışı rusun evinə gəlib və onlar arasında yaranan mübahisə belə faciəli sonluqla başa çatıb.