Azərbaycanda 2 ev yandı

9 Fevral 2015 08:08 (UTC+04:00)


AZNEWS.AZ FHN-nin saytına istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Bakı şəhəri, Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 3 kv.m sahədə mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb. Mənzil yanğından mühafizə olunub.
İkinci yanğın isə Şəmkir rayonunda baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 4 otaqlı evin 1 otağında 3 kv.m sahədə ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.