AZNEWS.AZ Qol.az- istinaədn xəbər verir ki, növbəti oyun günündə daha dörd qarşılaşma keçirilib.
Səfərdə "Kordoba" ilə qarşılaşan "Almeria" 2:1 hesabı ilə qalib gəlib. "Xetafe" isə doğma meydanda eyni hesabla qalib gəlib. "Espanyol" isə öz meydanında "Valensiya"ya uduzub – 1:2.
Səfərdə "Atletik"lə qarşılaşan "Barselona" rəqib qapsından beş qol keçirib – 5:2. Bu qələbədən sonra kataloniyalılar "Real Madrid"lə xal fərqini 1-ə çatdırıb.
Hazırda "Real Madrid" 54 xalla 1-ci, "Barselona" 53 xalla 2-ci, "Atletiko Madrid" isə 50 xalla 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Elçe" - "Rayo Valyekono" görüşü ilə yekun vurulacaq.
8 fevral
İspaniya La Liqası, XXII tur
"Kordoba" – "Almeriya" - 1:2
Qollar: Kartabia, 10 (1:0), Mişel, 61 (1:1), 66 (1:2)