Avtomobil 11 yaşlı məktəbli qızı öldürdü

9 Fevral 2015 17:00 (UTC+04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Baksol yolunda qeydə alınıb.

Naməlum avtomobil 11 yaşlı Ziynət Feyzullayevanı vuraraq hadisə yerindən qaçıb. Z. Feyzullayeva aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Polisdən həmçinin bildirilib ki, Z. Feyzullayeva orta məktəb şagirdi olub.

Hazırda polis hadisəni törədən sürücünün tutulması istiqamətində axtarışları davam etdirir.