Müxalifət lideri dövlət çevrilişində ittiham olundu

4 Oktyabr 2012 05:32 (UTC+04:00)


Qırğızıstanın "Ata Jurt" müxalifət partiyasının lideri, parlamentin deputatı Kamçıbek Taşiyev həbs olunub. APA-nın məlumatına görə, hakimiyyəti güc yolu ilə ələ keçirmək cəhdində ittiham olunan müxalifət lideri haqqında 48 saat müddətinə həbs qətimkan tədbiri seçilib.

Kamçıbek Taşiyevə qarşı ittiham dünən müxalifətin mitinqində çıxışından sonra irəli sürülüb. Bişkek mərkəzi meydanında keçirilən mitinqdən sonra iştirakçılar Qırğızıstan parlamentinə soxulmağa cəhd göstəriblər. Mitinq iştirakçıları milislərə daş atıblar, 12 nəfər xəsarət alıb. Mitinqdə 1 500 nəfərədək şəxsin iştirak etdiyi bildirilir.

Dövlət çevrilişinə cəhddə günahlandırılanlar sırasında "Ata Jurt" partiyasından deputatlar Sadır Japarov və Talant Mamıtov da var.

AzNews.az