Bakıda evdə yanğın oldu
10 Fevral 2015 08:19 (UTC+04:00)
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.