“Xəstə deyiləm, evdə şeir yazıram” – Məmməd Aslan
10 Fevral 2015 09:34 (UTC+04:00)
Həmin xəbərdə deyilir ki, şair müalicə almaq üçün İrana gedərkən yolda yıxılıb və omba sümüyü qırılıb. Azərbaycana qayıdan publisistin yaxın zamanlarda Azərbaycanda əməliyyat olunacağı gözlənilir.
Məmməd Aslan AzNews.az-a açıqlamasında isə bu xəbərin yalan olduğunu bildirib: "Bu saat oturmuşam evimdə, səhərin bu çağında şeir yazıram. Xəstə-zad deyiləm. Onu deyən başını daşa döyür".
Şair əlavə edib ki, istənilən insan yol getdiyi yerdə yıxıla, xəstələnə bilər: "Hələ üstəlik xəstəxanaya da düşə bilər. Burda nə var ki?"
Şair yaxın zamanlarda əməliyyat olunacağı barədə deyilənlərə da münasibət bildirib: "Mən çoxdan əməliyyat olunmuşam. Vəziyyətim də əladır".
Qeyd edək ki, Məmməd Aslanın xəstəxanaya düşməsi ilə bağlı ilk məlumatı Modern.az saytı yayıb.
Bahar RÜSTƏMLİ
AzNews.az