Moskvada “Abşeron” kafesində atışma – 1 ölü, 2 yaralı

10 Fevral 2015 09:50 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Baş verən dava sonradan atışma ilə nəticələnib. 3 müştərinin yaralanaraq təcili xəstəxanaya aparıldığı deyilir.

Bu səhər isə verilən məlumata görə, yaralılardan biri dünyasını dəyişib.


Hadisə Moskvanın şərqində, Parkovkaya küçəsi, 15 ünvanında qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insidentlə bağlı apaşdırma aparır, atəş açanların axtarışına başlanılıb.

Hadisənin təfərrüatı haqda geniş bilgi verilmir.