Bakıda daha bir yol bağlandı

10 Fevral 2015 09:54 (UTC+04:00)


AzNews.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən, Nobel prospektinin Gəncə prospekti ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.