Çində avtobus aşdı – 7 məmur öldü

10 Fevral 2015 10:04 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Məlumatda deyilir ki, hadisə ölkənin şərqində Şandun əyalətində baş verib. Qəza zamanı 7 nəfərin öldüyü, 14 nəfərin isə yaralandığı bildirilir. Ölənlərin 3-ü elə hadisə yerində keçinib.

Sinxua agentliyi yazır ki, sərnişinlərin hamısı Linya şəhər dairəsinin administrasiyasının əməkdaşları olub.

Hazırda qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.