Türkiyənin 4 vilayətində zəlzələ baş verdi

10 Fevral 2015 11:33 (UTC+04:00)


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub.

Türkiyənin Boğaziçi Universitetinin Qəndilli Rəsədxanasının və ölkənin Seysmik Araşdırmalar İnstitutunun məlumatına görə, yeraltı təkanlar Hatay, Antalya, Şanlıurfa və Tuncelidə qeydə alınıb.

Dağıntı və tələfat haqda informasiya verilmir.