“Özümü çox yaxşı hiss edirəm” - Rafiq Hüseynov

10 Fevral 2015 12:25 (UTC+04:00)


Bunu AzNew.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bildirib.

Onun sözlərinə görə, həkim müalicənin davam edəcəyini söyləyib: "Türkiyədən yenicə qayıtmışam. Özümü çox yaxşı hiss edirəm. Həkimlər məsləhət gördü ki, tez-tez Türkiyəyə gedib müayinədən keçməliyəm".

R.Hüseynov onu da əlavə edib ki, gələn ay yenə də müayinə üçün Türkiyəyə gedəcək.

Qeyd edək ki, R.Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla əlaqədar olaraq Türkiyədə əməliyyat olunub.

Bahar RÜSTƏMLİ
AzNew.az