Cavid Qurbanovun yerinə təyinat oldu

10 Fevral 2015 14:28 (UTC+04:00)


AzNews.az azadliq.info-ya istinadən xəbər verir ki, Bakı 1 saylı Yol İstismarı İdarəsinin rəisi Saleh Məmmədov ASC-nin rəhbəri təyin edilib.

"Azəryolservis" ASC-yə indiyədək Cavid Qurbanov sədrlik edirdi. O, ölkə başçısının dünənki sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbər təyin edilib.