İran prezidenti Moskvaya gedəcək

10 Fevral 2015 14:59 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi İranın Rusiyadakı səfiri Mehdi Sanaiyə istinadən yayıb.

"İran prezidentinin bu tədbirdə iştirakı məqsədəuyğun olardı, çünki rəsmi Tehran 2-ci Dünya Müharibəsində yaxından iştirak edib",- deyə səfir vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın bu tədbirlə bağlı Moskvaya gəlməyəcəyi deyilir.