Separatçılar Ukraynaya qarşı hücuma keçdilər - FOTOLAR
10 Fevral 2015 18:19 (UTC+04:00)
"Businessinsider" saytının xəbərində deyilir ki, Avropa ilə ABŞ arasında Ukraynanın silahlandırılması ilə bağlı ciddi fikir ayrılığı var.
Belə bir vaxta Ukraynanın şərqində rusiyapərəst separatçılar yenidən hücuma keçiblər. Onlar Ukrayna hərbi qüvvələrini geriyə çəkilməyə vadar edirlər.
Rusiya isə separatçılara silah, sursat və ərzaq yardımı etməsi barədə deyilənləri israrla rədd edir.
Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Andrey Luçenko bəyan edib ki, fevralın 7-də və 8-də Rusiyadan Ukrayna ərazisinə 1500 nəfərlik qoşun yeridilib: "Bundan başqa 300 ədəd hərbi texnika separatçılara çatdırılıb. Rusiyanın dəstəyi o həddə çatdı ki, separatçılar açar şəhər sayılan Mariupolu top atəşinə tuta biliblər. Ukrayna ordusu da top atəşinə cavab verməli oldu".
Ukraine Military
Hər iki tərəfin ağır silahlardan istifadə etməsi nəticəsində Ukraynanın şərqindəki şəhərlər, qəsəbələr, xüsusən də Donetsk və ətrafındakı yaşayış məntəqələrində ciddi dağıntılar baş verib.
Donetskdəki dağıntılardan sonra şəhər əhalisinin böyük bir hissəsi oranı tərk edib.
"Businessinsider" saytı Ukraynadakı hadisələri fotolarla nümayiş etdirib.
Bu arada isə "CNN", "Euronews", "BBC" və eləcədə, beynəlxalq xəbər agentlikləri Şərqi Ukraynada separatçıların hücuma keçməsi barədə məlumatlar yayıblar.
Düzdür, separatçılar bu kimi xəbərləri təkzib edirlər. Ancaq belə bir ortamda sabah Minskdə Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin görüşündə ciddi nəticənin əldə olunacağı çox şübhəli görünür.
Musavat.com