Elnur Hüseynov növbəti qələbəsini qazandı – VİDEO

11 Fevral 2015 08:18 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "acunn" saytı yayıb.

Məlumatda deyilir ki, o, bu dəfə "Gözlərimin ətrafındakı cizgilər" mahnısını oxuyub.
Ebru Gündəşin komandasında yer alan Elnur Hüseynov yenə öz fanatlarına musiqi bayramı yaşadıb.


Onun budəfəki çıxışı da tamaşaçıları təsirləndirib. Tamaşaçıların intensiv alqış sədaları altında oxunan mahnı studiyada yenidən səsləndirilib.

Şermin Özlemlə yarışan Elnur Hüseynov müsabiqədə dördlüyün ikincisi olaraq növbəti canlı efirə vəsiqə qazanıb.