58 yaşlı kişinin mənzildə meyiti tapıldı

11 Fevral 2015 12:16 (UTC+04:00)


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən Osmanov Məhəmməd Eldar oğlunu huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı M. Osmanovun vəfat etdiyi müəyyən olunub.