Azərbaycan “xoşbəxt ölkələr”in siyahısında - İlk beşlikdə
11 Fevral 2015 13:28 (UTC+04:00)
AzNews.az APA-ya istinadən xəbər verir ki, "Gallup İnternational" Agentliyi tərəfindən keçirilən sorğuda Ficinin rəhbərlik etdiyi siyahıda Azərbaycan 4-cü yerdədir.
Siyahıda son yerləri Yunanıstan və İraq tutur.
Rusiya isə 16-cı yerdə qərarlaşıb.
Xoşbəxtlik indeksi özünü xoşbəxt hesab edən insanlarla bədbin əhval-ruhiyyəli insanların faizinin nisbəti nəticəsində müəyyən olunub.