Rihanna Bakıda şəhər gəzintisinə çıxacaq

4 Oktyabr 2012 07:31 (UTC+04:00)

Məşhur müğənni Rihanna bu gün Bakıya gələcək. Bu barədə AzNews.az-a müğənninin Bakı konsertinin təşkilatçısı "Omnikomo Music Group"un PR və marketinq şöbəsinin müdiri Zaur Darabzadə deyib. O, bildirib ki, Rihana Bakıya xüsusi reyslə gələcək.

Z.Darabzadə onu da qeyd edib ki, Rihannanın 80 nəfərlik komandası artıq Bakıdadır. "Rihanna sabah "Baku Crystal Hall"da ilk məşqini keçirəcək. Onun paytaxtla tanış olması üçün şəhər gəzintisi nəzərdə tutulub", - PR və marketinq şöbəsinin müdiri deyib.

Qeyd edək ki, Rihanna oktyabr ayının 6-da "Baku Crystal Hall"da solo-konsert proqramıyla çıxış edəcək.

Fuad Mədətov
AzNews.az