Poroşenko separatçıların törətdiyi vəhşilikdən danışarkən ağladı - VİDEO

11 Fevral 2015 17:50 (UTC+04:00)


"Həyətdə partlamamış raketin quyruğu görsənir. Normal insanın dözə bilməyəcəyi səhnələrdir... Raketin yayında qadın çantası, uşaq oyuncağı yerləşib. Ana ölüb, 3 yaşlı oğlunun əli isə qopmuş vəziyyətdədir. Bütün gecə onun həyatını xilas etmək üçün cərrahiyyə əməliyyatı keçirilib. Əksəriyyəti dinc sakin olan 16 nəfər həlak olub, 11-i ağır vəziyyətdə olmaqla 66 nəfər yaralanıb. Onlar nəyə görə zərər görüblər?".

Fevralın 11-i günorta çağı Ukrayna ordsunun nəzarətində olan Kramatorsk şəhərinə rusmeylli separatçılar artilleriya zərbələri endiriblər.

2014-cü ilin aprelindən Ukraynanın şərqində baş verən toqquşmalarda azı 5 min 500 nəfər həlak olub.