Putinin mətbuat katibi: “Qətnamə yersizdir...”

4 Oktyabr 2012 07:34 (UTC+04:00)


Vladimir Putinin mətbuat katibi Dimitri Peskov AŞPA-nın plenar iclasında Rusiyaya qarşı qəbul edilmiş qətnaməyə sərt münasibət bildirib. O, qeyd edib ki, Rusiya siyasi sisteminin demokratikləşdirilməsi və digər məsələlərlə bağlı assambleyanın tövsiyələrini yersiz hesab edir və onlara qulaq asmağa hazırlaşmır.

Qeyd edək ki, AŞPA plenar iclasında Rusiyaya qarşı qətnamə qəbul edilmişdi. Qətnamədə Rəsmi Kremlə siyasi sistemi demokratikləşdirmək, müxalifətlə dialoqa getmək və Pussy Riot üzvlərini azad etmək məsləhət görülürdü.

Sadiq Musa
AzNews.az