Lənkəran-Lerik yolunda ağır qəza- Yaralılar var

11 Fevral 2015 18:54 (UTC+04:00)
Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lerik rayon sakini 51 yaşlı Şahin Əliyevin idarə etdiyi "Niva" markalı avtomobil 53 yaşlı Zadir Seyfullayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində Niva yamaca aşıb, hər iki avtomobil yarasız vəziyyətə düşüb. Sürücü də daxil olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılan xəsarət alanlar travmatalogiya şöbəsinə yerləşdirilib. "Niva"nın sürücüsü qəzaya səbəb kimi "VAZ 2106"nın üst baqaj hissəsindəki taxta materiallarını iddia edir.

Hadisə yerinə Lerik rayon DYP əməkdaşları gəlib.

İlkin versiya kimi yağmurlu hava şəraitində "Niva"nın "VAZ 2106" -nın yoluna çıxmaqla sərt döngədə qəza şəraiti yaratdığı bildirilir.