Cəlilabadda supermarket qarət edildi

11 Fevral 2015 22:44 (UTC+04:00)


Naməlum və ya şəxslər gecə saatlarında ticarət obyektinin tavan hissəsini sökərək içəri daxil olmaqla oradan 3040 manat pul, müxtəlif çeşiddə siqaret və mobil telefon danışıq kartları oğurlayıblar.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları obyektə baxış keçirərək, malların üzərindən müəyyən əl izlərini götürüblər. Hazırda hadisəni törətmiş şəxslərin yaxalanaraq istintaq orqanlarına təhvil verilməsi istiqamətində iş aparılır.