Fikrət Qocadan xəbər var – “Özünü yaxşı hiss edir”
12 Fevral 2015 09:25 (UTC+04:00)
Bunu AzNews.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
O bildirib ki, F.Qocanın səhhəti ilə bağlı Türkiyə ilə əlaqə saxlanılıb: "Fikrət Qoca özünü yaxşı hiss edir və səhhəti qaydasına düşüb. Müayinə bu gün də davam etdiriləcək, sonra isə nəticələr açıqlanacaq".
X.Rza əlavə edib ki, xalq şairinin əməliyyat olub-olunmaması müayinələrdən sonra bəlli olacaq.
Qeyd edək ki, xalq şairi Fikrət Qoca ürək xəstəliyindən əziyyət çəkir. O, dünən təcili olaraq Türkiyəyə aparılıb.
Bahar RÜSTƏMLİ
AzNews.az