“Toya bir gün qalmış” faciə baş verdi

12 Fevral 2015 11:01 (UTC+04:00)


Bu barədə AzNews.az-a teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib.

Dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" komediyasında baş rolun ifaçısı Xalq artisti, milyonlarla tamaşaçının sevimlisi Afaq xanım Bəşirqızıdır.

Əsər maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərarlaşdırır. Fikirləşir ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləcə, maddiyyat mənəvi dəyərləri üstələyir.

Ailənin başçısı – ata ölüb, ailə üzvləri isə dəfn işləri ilə məşğul olmaqdansa, toya hazırlaşır. Qəfildən kişi ayılır, bəlli olur ki, əslində o ölməyib, sadəcə, kliniki ölüm keçirib. Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir. Təbii ki, bu qərardan agah olmaq istəyənlər yaxın vaxtlarda premyerası planlaşdırılan tamaşanı mütləq izləməlidirlər.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, musiqi tərtibatçısı Emin Həsənovdur. Tamaşada əsas obrazları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Bahar RÜSTƏMLİ
AzNews.az