Argentina – Braziliya oyunu baş tutmadı

4 Oktyabr 2012 07:59 (UTC+04:00)
Argentina və Braziliya futbol yığmalarının "Superclasico de las Americas" mükafatı uğrunda cavab görüşü baş tutmayıb. Belə ki, Argentinanın Resistensia şəhərinin "Estadio Centenario" arenasında işıqlandırma sistemindəki problem üzündən Çilidən olan hakimlər briqadası qarşılaşmanın keçirilməməsinə qərar verib. Oyunun nə vaxt baş tutacağı hələ dəqiqləşməyib.

Xatırladaq ki, sentyabrın 19-da keçirilən ilk oyunda braziliyalılar evdə argentinalıları 2:1 hesabı ilə məğlub ediblər.

2011-ci ildə "Superclasico de las Americas"ın ilk qalibi Braziliya olub. 5 qat dünya çempionları keçən il Argentina ilə oyunlarda bir heç-heçə (0:0) və bir qələbəyə (2:0) imza atıblar.

Rasim
AzNews.az