“Bozun əlli çaları”nın Bakı premyerası

12 Fevral 2015 12:45 (UTC+04:00)


AzNews.az xəbər verir ki, 52 xarici dilə tərcümə olunan, 100 milyon nüsxə ilə satılan "Bozun 50 çaları" kitabı əsasında çəkilən film Nizami Kino Mərkəzi, Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Sem Teylor-Consonun çəkdiyi film 18+ yaş məhdudiyyəti ilə göstəriləcək.

Qeyd edək ki, Britaniya yazıçısı E.L. Jamesin müəllifi olduğu "Bozun əlli çaları"nda milyonçu Kristian Qreylə kollec məzunu Anatasia Stil arasında intim münasibətdən bəhs edilir. Oğlan zorakı seks həvəskarıdır, qız isə bunu qəbul edir.