“Növbəti toplantının əsas mövzusu seçki olacaq” - Pənah Hüseyn
12 Fevral 2015 14:29 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Pənah Hüseyn bugünkü görüşün çox mühüm olduğunu qeyd edib:
"Birinci görüş siyasi partiyaların təşəbbüsü ilə baş tutdusa, bu görüş PA-nın təşkilatçılığı ilə gerçəkləşdi. Bu görüşün tam çəkidə olması da hakimiyyətin siyasi partiyalarla, müəyyən mənada iqtidarın müxalifətlə dialoqu adlandırmaq olar. Biz fikrimizi ifadə etdik ki, bu görüşdə iştirak etməyən bir sıra siyasi partiyaların da bu görüşə qatılması və iştirakı faydalı olardı. Bəziləri dəvət olunub iştirak etməyib, bəziləri isə dəvət olunmayıb. Görüşdə bütün spektr müzakirə olundu".
Pənah Hüseyn diskussiyalarda Qarabağ məsələsindən başlayaraq, siyasi məhbus, seçki məsələsi, partiyaların fəaliyyəti üçün normal şəraitin yaradılması ilə bağlı məsələlərin müzakirə olunduğu deyib.
P.Hüseyn bildirib ki, növbəti toplantının əsas mövzusu seçki olacaq.