“Bakı” ilə “Qəbələ” qüvvəsini sınayacaq
4 Oktyabr 2012 08:20 (UTC+04:00)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun 4 oyunu keçiriləcək. Xatırladaq ki, turun ilk oyunu dünən baş tutub.
"Xəzər Lənkəran" rəqib meydanında AZAL-a 2:0 hesabı ilə qalib gəlib.
8-ci turun "Neftçi" – "Turan" qarşılaşması isə birincilərin Avropa Liqasındakı oyunu ilə əlaqədar oktyabrın 8-də keçiriləcək.
4 oktyabr
16:00 Kəpəz – Qarabağ
Gəncə. Şəhər stadionu
16:00 Bakı – Qəbələ
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu
18:00 Simurq – Sumqayıt
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
19:00 Rəvan – İnter
Bakı. "Bayıl Arena" stadionu
Bombardir: Franko Nildo (AZAL) - 7 qol.
Rasim
AzNews.az