Ermənistanın qazı tamamilə kəsildi

12 Fevral 2015 14:47 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.

Qazın Şimali Qafqaz-Zaqafqaziya qaz boru kəmərində olan nasazlıq ucbatından kəsildiyi deyilir.

Əldə edilən xəbərə görə Kazbek rayonunda daş uçqunu boru kəmərini sıradan çıxarıb.
Hazırda həmin ərazidə bərpa işləri həyata keçirilir.