ŞOK: Minsk danışığı zamanı 50 rus tankı Ukraynaya girdi
12 Fevral 2015 15:57 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Luqanski radar" saytı yayıb.
"Fevralın 12-nə keçən gecə "İzvarino" yaşayış məntəqəsində Rusiyanın 50 tankı, 40-a yaxın raket sistemləri və çoxlu sayda BTR-ləri Ukrayna ərazisinə keçib", - deyə Anti Terror Təşkilatının sözçüsü Andrey Lısenko vurğulayıb.

Qeyd edək ki, rus tanklarının və artilleriya qurğularının Ukraynaya daxil olması faktı rəsmi Kreml təərfindən həmişə inkar edilib.